Şeydayev “Neftçi”də əsas komandadan kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Şeydayev “Neftçi”də əsas komandadan kənarlaşdırıldı

İdman

21 Avqust 2025 16:23 403


"Neftçi"də əsas komandanın iki futbolçusu əvəzedici heyətə göndərilib.

Yenisabah.az xəbər verir ki, bu, baş məşqçi Samir Abasovun qərarıdır.

Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Hər 2 futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər. Dominos pizza

Qeyri-rəsmi məlumatlara görə, R.Şeydayev baş məşqçi Samir Abasovun planlarına daxil deyil. Amma onun klubla 2027-ci ilin yayına qədər müqaviləsi olduğundan "Neftçi" müqaviləni birtərəfli qaydada ləğv edə bilmir.

29 yaşlı Şeydayev 2024-cü ilin yayında "Neftçi" ilə 3 illik müqavilə bağlayıb. O, ötən mövsüm komanda 31 oyunda meydana çıxıb və 4 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!