Şeyxin müavini gəlinini məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Şeyxin müavini gəlinini məhkəməyə verdi

Hadisə

29 Mart 2022 18:40 820


Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı gəlinini məhkəməyə verib.

Yenisabah.az xəbər verir ki, Q.Cavadlı qardaşının həyat yoldaşı Cavadlı Ülviyyə Səmədağa qızı barədə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında şikayət edib. Onun şikayətinə Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl mediada tərəflər arasında ev alqı-satqısı zamanı bölgü məsələsi problemi ilə bağlı məlumatlar yayılmışdı. Ü.Cavadlının həyat yoldaşı Cavadlı Lətif Aydın oğlu ötən il avqust ayında dünyasını dəyişib. Sezar pizza

Bundan sonra Ü.Cavadlı yaşadıqları evi satmaq istəyib. Bu zaman onun qayınanası və baldızı, QMİ-nin sədr müavini Qəmər Cavadlı arasında əmlak bölgüsü mübahisəsi yaranıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!