Səyyar xidmət Şamaxıda

saytların hazırlanması

Evə çatdırılma

Səyyar xidmət Şamaxıda

Sosial

12 Aprel 2019 16:38 764


Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası aprelin 15-dən 19-dək Şamaxıda vətəndaşlara xidmət göstərir. 

“Yeni Sabah” xəbər verir ki, kampaniyanın keçirilməsində məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətin vətəndaşın yanında olması, qeydiyyat prosedurlarına olan əlçatanlığın artırılması, qeydiyyatda operativliyin yüksəldilməsidir. Yeni formatda təşkil olunan kampaniya Şamaxının müxtəlif qəsəbələrində keçiriləcək. Mobil qeydiyyat ofisləri aprelin 15-də Şəhriyar qəsəbəsində, 16-da Mədrəsədə, 17-də Əngəxaranda, 18-də Məlhəmdə, 19-da isə Nağaraxana qəsəbəsində olacaq. Kampaniyanın fərqli məkanlarda xidmət göstərməsinin əsas məqsədi bu qəsəbələrə yaxın ərazilərdə yaşayan sakinlərin də xidmətdən rahatlıqla yararlanmasının təmin edilməsidir. Kampaniya zamanı:

-Daşınmaz əmlakların qeydiyyatlı üçün ilkin sənədlər toplanır Sezar pizza

-Fərdi yaşayış evləri qeydiyyata alınır

-Torpaq sahələrinin qeydiyyatı həyata keçirilir 

-Həyətyanı torpaq sahələrinin qeydiyyatı aparılır

-Daşınmaz əmlakla bağlı müxtəlif arayışların verilməsi xidməti göstərilir

-Daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərin qəbulu həyata keçirilir.

Elektron çıxarışın tətbiqi ilə artıq çıxarışların itməsi və ya yararsız hala düşməsi kimi problemlər geridə qaldı. Daşınmaz əmlaka sahib olan hər kəs mülkiyyət hüququnu təsdiq edən sənəddən yerindəcə istifadə edə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!