“Sibiryak” Hacıqabulda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Sibiryak” Hacıqabulda tutuldu

Kriminal

10 Avqust 2019 18:34 1031


Hacıqabulda "Sibiryak” ləqəbli narkotacir saxlanılıb. 

“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Səmədov Vüqar İlqar oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 31 bükümdə heroin aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq saxlanılan şəxsin yaşadığı M.F.Axundov küçəsi 43 ünvanında kultivasiya yolu ilə əkilib-becərilən çətənə kolları da aşkar edilib. Dominos pizza

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!