Siçanları öldürmək istəyən ailə ölümdən döndü

saytların hazırlanması

Evə çatdırılma

Siçanları öldürmək istəyən ailə ölümdən döndü

Dünya

30 Dekabr 2019 13:37 1248


Türkiyənin Adana şəhərində siçanları öldürmək istəyən ailə evə qoyduqları zəhərdən təsirlənərək xəstəxanaya müraciət ediblər.

“Yeni Sabah” "Sondakika.com"a istinadən xəbər verir ki, evlərində siçan olduğunu görən Dərya Karakuş evin yatağının altına və çəkməcələrin altına zəhər qoyub. Gecə bərk öskürək səbəbilə oyanan qadın evdəki ağır qoxudan şübhələnib və uşaqlarını oyatmaq istəyib. Onları oyada bilməyən ana dərhal təcili yardıma müraciət edib.

Ailənin bütün üzvləri xəstəxanaya aparılıb. Hazırda ana və atanın vəziyyəti yaxşı olsa da, övladlarının həyatları hələ də təhlükədədir.  Dominos pizza

Sabrina Eldarqızı

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!