Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı

İqtisadiyyat

01 Noyabr 2019 07:58 1143


Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan məlumata görə, cari il noyabrın 1-dək fonda 104.234.547,81 AZN, 213.577,88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır. pizza sifarişi

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!