Şimal-Cənub dəhlizinin əsas hissəsi yayda bitəcək

Şimal-Cənub dəhlizinin əsas hissəsi yayda bitəcək

Dünya Veb saytların hazırlanması

24 Mart 2023 13:15 614


Şimal-Cənub Nəqliyyat Dəhlizinin (ŞCND) tərkib hissəsi olan Rəşt-Xəzər dəmir yolu bu ilin iyununda istifadəyə veriləcək.

Yenisabah.az "Portalhamlonaql"a istinadla xəbər verir ki, bu barədə şirkətin rəhbərinin nəqliyyat infrastrukturunun tikintisi və inkişafı üzrə müavini Abbas Xətibi bildirib.

O deyib: “İndiyədək Rəşt-Xəzər dəmir yolunun 37 km-dən 23 km-i tikilib və onun fiziki inkişafı 90%-dən çox olub. İyunun sonunadək uzunluğu 37 kilometr olan Rəşt-Xəzər dəmir yolunu istifadəyə verəcəyik ki, bu da yüklərin Xəzər dənizindən ölkənin cənubuna, Fars körfəzinə və Oman dövlətinə dəmir yolu ilə çatdırılmasına imkan verəcək”.

Rəşt şəhərindən Ənzəliyə (ölkənin şimalında Xəzər limanı) qədər olan hissə Rəşt-Astara dəmir yolunun tikintisinin ilkin mərhələsidir. Gələcəkdə Xəzər limanından İranın şimal-qərbində Astaraya qədər marşrutun növbəti hissəsinin tikintisi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan ŞCND-nin üzvüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!