Şimali Kipr prezidenti Azərbaycana gəlir

saytların hazırlanması

Evə çatdırılma

Şimali Kipr prezidenti Azərbaycana gəlir

Maraqlı

12 Oktyabr 2023 12:54 470


Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar Azərbaycana səfər edəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Kıbrıs Postası" yazıb. 

Səfər zamanı onu baş nazir Ünal Üstel müşayiət edəcək. 200 nəfərlik nümayəndə heyəti ilə Bakıya gələn Tatar "Kipr Türk Tanıtım Günü" adlı tədbirdə iştirak edəcək.  Sezar pizza

Səfərdən öncə hava limanında açıqlama verən ŞKTR prezidenti Azərbaycanla əlaqələri təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində inkişaf etdirməyi səfərin məqsədləri arasında sadalayıb: "ŞKTR bayrağı Azərbaycanda dalğalanacaq". 

Qeyd edək ki, Kipr adasının şimalında yerləşən ŞKTR məhdud tanınan müstəqil ölkələrdəndir. Belə ki, bu ölkəni hələlik yalnız Türkiyə tanıyır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!