Şimali Kiprin XİN başçısı Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi

saytların hazırlanması

Evə çatdırılma

Şimali Kiprin XİN başçısı Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi

Siyasət

27 Yanvar 2023 11:41 599


"Can Azərbaycanın İrandakı səfirliyinə təşkil olunan xain hücumu şiddətlə qınayıram". 

"Report" xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu tviterdə yazıb. 

"Hücum nəticəsində şəhid olan mühafizə xidməti rəhbərinə Allah rəhmət eləsin. Onun ailəsinə, Azərbaycan xalqına başsağlığı verirəm. Allah yaralılara şəfa versin", - o bildirib.  Marqarita pizza

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. 

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!