Simitin faydaları: Cinsi gücü artırır, qanı duruldur...

saytların hazırlanması

Evə çatdırılma

Simitin faydaları: Cinsi gücü artırır, qanı duruldur...

Sağlamlıq

18 Yanvar 2023 16:27 2800


İsti çayla ləzzətlə yeyilən simitin özünəməxsus dadı ilə yanaşı, həm də şəfa mənbəyi olduğunu bilirdinizmi?

Yenisabah.az xəbər verir ki, üzərindəki küncütün cinsi gücü artırdığı deyilən simitlərin başqa faydaları da var.

Biologiyada “Sesamum indicum” adlanan küncüt bitkisinin yetişmiş toxumlarından sıxılaraq əldə edilən küncüt yağı vitamin, mineral, antioksidant və lesitin baxımından zəngin bir qidadır. pizza sifarişi

Simitin üstünü bəzəyən küncütün tərkibində sesamol, sesamin və sesamolin adlı antioksidan birləşmələr var.

Küncüt qanda "pis" xolesterolun və şəkərin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malikdir.

Küncütün tərkibində güclü antioksidant sayılan sezamin xərçəngin profilaktikasında effektlidir.

Toxumların tərkibində olan yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarkt riskini azaldır.

Küncüt immun sistemini möhkəmləndirir.

Qidalı liflərlə zəngin küncütün həzm sisteminə olan müsbət təsiri də danılmazdır - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi müalicə edir, orqanizmi toksik maddələrdən təmizləyir. Qanı duruldur.

Bununla belə, küncüt yağlı qidadır, ona görə də simit kimi karbohidratla birləşdikdə çox yeyildiyi təqdirdə çəki probleminə səbəb ola bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!