Simonyan: “Biz onların anklavlarını qaytarmağa hazırıq, lakin...“

saytların hazırlanması

Evə çatdırılma

Simonyan: “Biz onların anklavlarını qaytarmağa hazırıq, lakin...“

Siyasət

28 Noyabr 2023 17:14 1238


Sovetlər dönəmində elə bilirdilər ki, SSRİ əbədidir və ona görə hüdudlarla bağlı sənədləri tapmaq çox çətindir. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanın Erməninstanın işğalı altında qalan anklavları barədə danışarkən deyib. 

Qeyd edək ki, Nikol Paşinyan anklavlarla bağlı hər hansı hüquqi əsasın, hətta hüquqi sənədlərin olmadığını deyib. pizza sifarişi

Amma maraqlıdır ki, Azərbaycanın işağal altında olan anklavları ilə bağlı sənədlərin tapılmadığını deyən Alen Simonyan nədənsə Başkəndin Ermənistana aid olduğunu şübhə altına belə qoymur.

“Konkret olaraq, Ermənistana məxsusluğu heç bir tərəf tərəfindən mübahisələndirilməyən (bunu spiker özündən uydurur-red.) Başkənd var, amma əminəm ki, biz bu məsələnin həllini tapacağıq”, - deyə A.Simonyan bildirib.

“Hətta anklavlarla bağlı hər hansı hüquqi əsas varsa biz onlara qaytarmağa hazırıq. Lakin bunun müqabilində Başkəndi geri versinlər. İstisna etmirəm ki, biz hansısa həll yolu tapacağıq, məsələn, sərhədin bu tərəfində olan burada qalacaq, sərhədin o tərəfində olan da orada qalacaq”,-deyə A.Simonyan qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!