Simonyan: Ermənistanın qonşularına qarşı ərazi iddiası yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Simonyan: Ermənistanın qonşularına qarşı ərazi iddiası yoxdur

Siyasət

24 Mart 2026 14:44 708


Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin qonşulara qarşı hər hansı ərazi iddiasının olmadığını bir daha bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın rəsmi xəbər agentliyi olan Armenpress yayıb.

Simonyanın sözlərinə görə, Ermənistan regionda sülh gündəliyinə sadiqdir və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır. O qeyd edib ki, Ermənistanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və ölkə heç bir qonşuya qarşı ərazi iddiası irəli sürmür. Dördpendirli pizza

Simonyan həmçinin vurğulayıb ki, Ermənistanın prioriteti regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və təhlükəsizliyin təmin olunmasıdır.

Qeyd edək ki, Ermənistan rəsmiləri son dövrlərdə dəfələrlə bəyan ediblər ki, ölkə qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyır və eyni yanaşmanı qarşı tərəfdən də gözləyir.

Hazırda Ermənistan–Azərbaycan sülh danışıqları prosesi davam edir və tərəflər arasında normallaşma istiqamətində addımlar müzakirə olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!