Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə məlumat verilib.
Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri və mövcud regional gündəliyin müzakirəsi planlaşdırılır. Tərəflər Moskva və Yerevanın ortaq Avrasiya inteqrasiya strukturları çərçivəsində qarşılıqlı əlaqələrinə və bu sahədə dialoqun inkişafına xüsusi diqqət yetirmək niyyətindədirlər. pizza mizza
Alen Simonyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyətinin fevralın 4-7-də Rusiyada olacaq.
Telegram kanalımız