RT-nin baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərdən birinin məktəbli olduğu üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məhkəmə sənədlərinə əsasən məlumat yayıb. Bildirilib ki, yeniyetmə həbs olunan zaman səkkizinci sinifdə oxuyurmuş.
Azyaşlıya qarşı müəyyən hərəkətlərə qadağa qoyulması şəklində qabaqlayıcı tədbir seçilib. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terror təşkilatının fəaliyyətində iştirak, quldurluq və xuliqanlıqda ittiham olunur. Məhkəmənin hökmünə əsasən, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb. Pepperoni pizza
“Cinayət törətməkdə təqsirləndirilən 8-ci sinif şagirdi barəsində müəyyən hərəkətlərə qadağa qoyulması şəklində həbs-qətimkan tədbirinin müddəti uzadılsın”, - deyə məhkəmənin qərarında bildirilir.
Xatırladaq ki, 2023-cü ildə Federal Təhlükəsizlik Xidməti Simonyan və Sobçakın öldürülməsi cəhdinin qarşısını aldığını bildirmişdi.
Telegram kanalımız