Sinan Oğan gündəmi dəyişə bilər: Bu gün 17:00-da... 

saytların hazırlanması

Evə çatdırılma

Sinan Oğan gündəmi dəyişə bilər: Bu gün 17:00-da... 

Siyasət

22 May 2023 10:23 925


Türkiyə prezidentliyinə namizəd Sinan Oğan ikinci turda kimi dəstəkləyəcəyi ilə bağlı qərarını bu gün açıqlayacaq. Siyasətçi Türkiyə saatı ilə 17:00-da kameralar qarşısına keçəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Sinan Oğanın təmsil olunduğu “ATA” İttifaqından mediaya bildirilib. Sinan Oğanın ikinci turda dəstəkləyəcəyi namizədin adını açıqlamaqla yanaşı, həm də gündəmdəki mövzulara dair açıqlamalar verəcəyi qeyd olunub. 

Sinan Oğanın ikinci turda dəstəkləyəcəyi namizədlə bağlı müxtəlif mülahizələr mövcuddur. AKP hakimiyyətinə yaxın KİV-lər onun prezident Rəcəb Tayyib Ərdoğanın xeyrinə qərar verəcəyini iddia edir. Pepperoni pizza

Bu mülahizələrin nə qədər doğru olub-olmadığı bu gün axşam bilinəcək. 

Qeyd edək ki, Sinan Oğan mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində seçicilərin 5,2 faizinin səsini alıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!