Sinan Oğanın elektoratı kimə səs verəcək? - AÇIQLANDI 

saytların hazırlanması

Evə çatdırılma

Sinan Oğanın elektoratı kimə səs verəcək? - AÇIQLANDI 

Siyasət

20 May 2023 12:10 1158


Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu yaxınlaşdıqca, iqtidar və müxalifət düşərgəsində səslərin necə bölünəcəyi ciddi maraq doğurur. Sözsüz ki, “ATA İttifaqı”nın vahid namizədi olmuş Sinan Oğana ilk turda səs verənlərin yenidən kimə səs verəcəkləri sualı bu sırada dayanan əsas amildir. 

Yenisabah.az “Optimar”a istinadla xəbər verir ki, hazırda S.Oğanın elektoratları Ərdoğan və Kılıçdaroğlu arasında seçim etməkdə çətinlik çəkirlər. 

Belə ki, seçicilərin 27,9% bu məsələdə qərarsız olduqlarını dilə gətirib. Siyahıda 18,6% seçici isə başqa namizədə səs verməyəcəyini bildirib. Sorğuya cavab verməyən elektoratların sayı isə 3,6% təşkil edib.  Pepperoni pizza

S.Oğana ilk turda etimad göstərən seçicilərin 25%-i ikinci turda Ərdoğana səs verəcəklərini bildirsələr də, “ATA İttifaqı”nın vahid namizədinin hələlik qərar verməməsi və elektoratlarına yön göstərməməsi digər kəsimin də Kılıçdaroğluna yönəlməsinə gətirib çıxarıb. Belə ki, mərkəzin nəticələrinə əsasən, digər bir 25%-lik kəsim də ikinci turda Kemal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirib. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!