Sınaqdan keçirilən peyvəndin təsir səviyyəsi açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Sınaqdan keçirilən peyvəndin təsir səviyyəsi açıqlanıb

Sağlamlıq

16 Noyabr 2020 16:58 942


ABŞ-ın biotexnologiya şirkəti “Moderna” Inc. klinik sınaqdan keçirdiyi COVID-19 əleyhinə potensial peyvəndin infeksiyaya yoluxmanın qarşısını almaqda 94,5% təsirli olduğunu açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, bu nəticə potensial peyvəndin sonuncu sınaq mərhələsində əldə olunub.  

“COVID-19-u dayandıra biləcək bir peyvəndə sahib olacağıq”, - deyə şirkətin prezidenti Stephen Hoge açıqlamasında deyib.  pizza sifarişi

Klinik sınaqda iştirak etmiş 95 nəfərdən yalnız 5 nəfər infeksiyaya yoluxub. 

“Moderna” peyvəndinin əsas üstünlüyü onun “Pfizer”in peyvəndindən fərqli olaraq ultra soyuq anbara ehtiyac duymamasıdır. “Moderna”nın potensial peyvəndi 2-8 dərəcə arasında olan soyuducuda 30 gün, altı aya qədər isə 20 dərəcə temperaturda saxlanıla bilər. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!