“Sinovac” kabusu davam edir:   Yüzlərlə səhiyyə işçisi...

saytların hazırlanması

Evə çatdırılma

“Sinovac” kabusu davam edir: Yüzlərlə səhiyyə işçisi...

Sağlamlıq

11 İyul 2021 19:09 2298


İki doza Sinovac peyvəndi vurduran 618 səhiyyə işçisi koronavirusuna yoluxub.

Yenisabah.az xəbər verir ki, məlumatı Tailand Səhiyyə Nazirliyi açıqlayıb.

Nazirlik apreldən iyul ayına qədər 618 nəfər tibb işçisinin koronavirusa yoluxduğunu, bir tibb bacısının öldüyünü, başqa bir səhiyyə işçisinin isə vəziyyətinin ağır olduğunu bildirib. Məlumata görə, üçüncü doza risk altındakı səhiyyə işçilərinin toxunulmazlığını gücləndirəcək. Bu məqsədlə ya "AstraZeneca", ya da "mRNA"peyvəndlərindən biri istifadə ediləcək. pizza mizza

Fevral ayında tibb işçilərinə Sinovac peyvəndi tətbiq edən Tailandda “AstraZeneca” peyvəndi iyun ayında verilməyə başlayıb. Ölkə bu ayın sonunda ABŞ-dan 1,5 milyon “Pfizer-BioNTech” peyvəndi ianəsi gözləyir. Ötən ilin oktyabr ayında sifariş edilən 20 milyon doza “Pfizer-BioNTech” peyvəndinin gəlməsi də planlaşdırılır./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!