Şirkət rəhbəri 20 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Şirkət rəhbəri 20 min manat cərimələndi

Maraqlı

13 Oktyabr 2023 16:15 431


İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Mingəçevir şəhər Prokurorluğu məlumat yayıb.

Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb. Dominos pizza

Araşdırma zamanı “TMS GROUP” MMC-nin direktoru Rəşad Namazovun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Elvin Hətəmovu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Fakt üzrə Mingəçevir şəhər prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!