Şirkətlərin və sahibkarların bu hallara görə cərimələnməsi ləğv edilir

saytların hazırlanması

Evə çatdırılma

Şirkətlərin və sahibkarların bu hallara görə cərimələnməsi ləğv edilir

İqtisadiyyat

24 Aprel 2020 15:46 743


İnzibati Xətalar Məcəlləsində 3 hala görə - sığortaedən kimi sığortaçıda qeydiyyata durmama, işsizlikdən sığorta haqqını sığortaçıya ödəməmə və Mülki Məcəllə ilə müəyyən edilmiş hallarda özünün yenidən təşkil olunması və ya ləğv edilməsi barədə sığortaçıya məlumat verməməyə görə məsuliyyətin ləğv edilməsi təklif olunur.

Yenisabah.az-ın məlumatına görə, qanun layihəsi bu gün Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, bu 3 halla bağlı İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin yüz manat, vəzifəli şəxslərin iki yüz manat, hüquqi şəxslərin dörd yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdu. pizza mizza

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!