Şirvanda sərxoş şəxs 4-cü mərtəbədən yıxılıb.
Yenisabah.az xəbər verir ki, hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 17-də baş verib.
Sərxoş vəziyyətdə olan Şirvan sakini, 1980-ci il təvəllüdlü Məmmədov Rüstəm Eldar oğlu 4-cü mərtəbədən yıxılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bütün tibbi yardımlarına baxmayaraq keçinib. pizza sifarişi
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız