Şirvanda “Çardaq” kafesində əxlaqsızlıq yuvası aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda “Çardaq” kafesində əxlaqsızlıq yuvası aşkarlandı

Kriminal

01 İyul 2025 18:30 792


Şirvan şəhərində kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, şəhər sakini Elçin Aslanov (soyad şərtidir) Şirvan şəhərindəki "Çardaq" kafesini icarəyə götürüb. O, icarəyə götürdüyü kafenin əvvəlki icarədarı olan qadını isə obyektə ofisiant qoyub. O, kafenin yanında ayrıca otaq inşa etdirərək, həmin ofisiant qadını ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmağa vadar edib, hər müştəridən 50 manat alıb.

Bir müddətdən sonra Elçin daha bir qadını ofisiant adı ilə kafeyə işə götürsə də, həmin qadını da müştərilərə satıb. Sezar pizza

Hüquq-mühafizə orqanları məlumat əsasında kafedə əməliyyat keçirərkən hər iki ofisiantı müştərilərlə cinsi əlaqədə olarkən tutub.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə E.Aslanov 2500 manat cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!