Şirvanda dəmir yol relslərini kəsən üç nəfər tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda dəmir yol relslərini kəsən üç nəfər tutuldu - Foto

Kriminal

09 Dekabr 2022 20:40 830


Şirvanda dəmir yol relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axşam saatlarında dəmir yol relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıblar.

Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Şirvan-Çeşidləmə mənzilinin 48-ci kilometrliyində, dəmir yolunun yaxınlığında 3 ədəd dəmir yol relsini kəsərək yük avtomobilinə yükləyən zaman üç nəfər şəxs saxlanılıb. Marqarita pizza

Araşdırmalarla onların Şirvan şəhər sakinləri A.Hüseynov, C.Səlimov və E.Səlimov olduqları müəyyən edilib.

Həmin şəxslər maddi sübutla birlikdə Şirvan stansiya Xətt Polis Bölməsinə gətiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!