“Siyasəti primitiv müstəviyə çəkmək istəyirlər” - REAL-ın icraçı katibi

saytların hazırlanması

Evə çatdırılma

“Siyasəti primitiv müstəviyə çəkmək istəyirlər” - REAL-ın icraçı katibi

Siyasət

18 Mart 2019 16:25 1097


“Siyasi səhnəyə gəldiyimiz gündən çalışmışıq ki, siyasəti ideoloji diskursa, rəqabəti ideoligiyalar üzərinə gətirək. REAL səhnəyə çıxana qədər iqtidarlı-müxalifətli bütün siyasi sistem əsasən yerlibazlıq, klançılıq üzərində qurulmuşdu. Sovetin son, müstəqilliyin ilk illərində önə çıxmış ideoloji mübarizə cücərtiləri də artıq çoxdan yox olmuşdu, 90-ci illərdə yaranmış yeganə "işlək" ideoloji xətt olan "romantik millətçilik" də artıq sıradan çıxmışdı”.

“Yeni Sabah”unu REAL-ın icraçı katibi Natiq Cəfərli deyib. O bildirib ki, REAL həm ritorikasında, həm də qəbul etdiyi proqram sənədlərində israrla siyasəti ideoloji çərçivəyə salmağa, siyasi dili, üslubu elmi-politoloji təmələ çəkməyə çalışırdı:

“Böyük ölçüdə buna nail olmuşuq, siyasətin dilini belə dəyişmişik, artıq cəmiyyətdə, əsasən də gənclər arasında ideoloji mübahisələr yaranmışdı. Hətta hakimiyyət belə artıq yavaş-yavaş yerli-klan paradiqmasından aralanmağa başlamışdı. pizza

İndi görürürəm ki, siyasəti yenidən çox primitiv və ziyanlı müstəviyə - ideyasız yerliçilik və klançılıq müstəvisinə çəkmək istəyirlər. Çox ziyanlı tendensiyadır və nə qədər ki, bizlər siyasətdəyik buna imkan verməmək üçün çalışacağıq. 

Məmləkətin siyasi diskursu ideyalar, ideologiyalar, təkliflər, proqramlar, yeni qanun lahihələri üzərində qurulmalıdır. Mağara təfəkkürünü siyasətdən uzaq tutmağa çalışmalıyıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!