Siyasi partiyaların maliyyə hesabatının forması və qaydası hazırlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Siyasi partiyaların maliyyə hesabatının forması və qaydası hazırlanacaq

Siyasət

26 Yanvar 2023 17:10 577


Siyasi partiyaların maliyyə hesabatının forması və qaydası hazırlanacaq.

Yenisabah.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmaqla, siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin Qanunda nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. pizza

Maliyyə Nazirliyinə Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmaqla, siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!