Siyasi partiyalarla bağlı Ədliyyə Nazirliyindən rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Siyasi partiyalarla bağlı Ədliyyə Nazirliyindən rəsmi açıqlama

Siyasət

17 Yanvar 2026 09:18 1460


Ölkədə dövlət qeydiyyatına alınmış bütün siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim edilib.

Bu barədə Ədliyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib.

“Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməlidir. Bu qanuna uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu qanunla müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur. pizza mizza

Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə 2 dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat təqdim etməlidir.

Xatırladaq ki, Azərbaycanda 26 siyasi partiya fəaliyyət göstərir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!