Prezidentin fərmanı ilə 3 yeni hərbi kollecin yaradılması onu deməyə əsas verir ki, biz tədricən müqavilə əsaslı ordu quruculuğuna keçməliyik.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, pensiyaya çıxmaq üçün xidmətkeçmə yaşının artırılması dünya standartlarında var: “Müqavilə əsaslı ordu quruculuğuna keçəndə şəxs istəməsə, müqaviləni imzalamaya bilər. Hərbçilərin sosial təminatı məsələsi də həmişə diqqət mərkəzindədir". Marqarita pizza
Qeyd edək ki, qanun layihəsinə əsasən, hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi artırılır. Hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.
Telegram kanalımız