Slovakiyada təqaüd proqramı elan olunub

saytların hazırlanması

Evə çatdırılma

Slovakiyada təqaüd proqramı elan olunub

Sosial

11 Aprel 2019 19:31 958


Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan( https://edu.gov.az/az/page/228/16407) edib.

“Yeni Sabah” xəbər verir ki, təqaüd proqramına əsasən, bakalavriat və ya magistratura pillələri üzrə təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları çərçivəsində təqaüdlər təklif edilir.

Təqaüd proqramına müraciət edəcək iddiaçılar 30 may 2019-cu il tarixədək müraciət etməlidirlər. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri inglis  və ya slovak dilləridir. Dördpendirli pizza

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!