SOCAR-ın "Azneft" İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə sözügedən qurumdan məlumat verilib.
Bildirilib ki, “Azneft” İstehsalat Birliyi (İB) “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov İstehsalat Birliyinin Baş direktoru təyin edilib. pizza sifarişi
"Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib. Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib", - deyə qeyd olunub.

Telegram kanalımız