Rövnəq Abdullayev onları vəzifədən azad etdi -   Yeni təyinatlar

saytların hazırlanması

Evə çatdırılma

Rövnəq Abdullayev onları vəzifədən azad etdi - Yeni təyinatlar

İqtisadiyyat

01 Noyabr 2019 09:15 5148


SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə bəzi vəzifələrdə dəyişikliklər olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sözügedən qurumdan rəsmi məlumat verilib. 

Bildirilib ki, Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar:  Dominos pizza

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, 

“Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, 

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, 

Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, 

Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!