“SOCAR Energy Ukraine” Kiyev vilayətində sakinlərə dəstək nöqtələri yaratdı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

“SOCAR Energy Ukraine” Kiyev vilayətində sakinlərə dəstək nöqtələri yaratdı - FOTOLAR

Dünya

03 Fevral 2026 20:43 628


Ukraynada Rusiyanın hava zərbələri və sərt şaxtalar nəticəsində yaranan enerji böhranı fonunda Azərbaycanın humanitar yardımı və dəstəyi davam edir.

"Yeni Sabah" xəbər verir ki, bu missiya çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR Energy Ukraine"nin Kiyev vilayətindəki yanacaq doldurma məntəqələrində sakinlərə dəstək nöqtələri yaradılıb.

Belə ki, işıq və istilik çatışmazlığından əziyyət çəkən Kiyev sakinləri burada fasiləsiz enerji, istilik və yüngül qidalar ilə ödənişsiz təmin olunurlar. pizza hut

SOCAR Ukraynanın digər vilayətlərindəki bütün obyektlərində də bu kimi nöqtələri tezliklə istifadəyə verməyi planlaşdırır. Bunlar ümumi olaraq dözümlülük məntəqələri adlandırılır. Buna səbəb Kiyev başda olmaqla Ukraynanın əksər vilayətlərində sərt şaxtalar fonunda kəskin enerji və istilik çatışmazlığı səbəbindən həyatın dözülməz vəziyyətdə olmasıdır.

Qeyd edək ki, Rusiya ordusunun kütləvi hava zərbələri nəticələri Ukraynanın enerji infrastrukturu daha da çöküb. Hazırda Kiyevdə havanın temperaturu mənfi 20 dərəcədir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!