SOCAR Pakistanın enerji şirkətləri ilə əməkdaşlığı müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

SOCAR Pakistanın enerji şirkətləri ilə əməkdaşlığı müzakirə etdi

İqtisadiyyat

21 Fevral 2025 20:02 296


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistanın enerji şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Müzakirələr R.Nəcəfin Pakistanın özəlləşdirmə, nəqliyyat və investisiya naziri Aleem Khan ilə görüşü zamanı aparılıb. Dominos pizza

"SOCAR və Pakistanın enerji şirkətləri arasındakı mövcud tərəfdaşlıqdan məmnunluğumuzu ifadə etdik. Görüş çərçivəsində birgə layihələrin icrası və enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq", - R. Nəcəf bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!