“Soçi görüşündən nəticə gözləmirəm“ - Rusiyalı ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Soçi görüşündən nəticə gözləmirəm“ - Rusiyalı ekspert

Siyasət

26 Noyabr 2021 11:12 995


"Soçidə Paşinyan-Putin-Əliyev üçtərəfli danışıqlarından yeni heç nə gözləmirəm".

Yenisabah.az xəbər verir ki, bunu “Rossiya v qlobalnoy politike” jurnalının baş redaktoru, “Valday” Klubunun elmi direktoru Fyodor Lukyanov “Armenpress”ə müsahibəsində bildirib.

Onun fikrincə, hazırkı vəziyyətdə Ermənistan və Azərbaycan liderlərinin görüşü, müharibədən sonra kəsilmiş təmasların bərpası danışıqların nəticəsindən daha vacibdir. Toyuqlu pizza

Bu baxımdan rusiyalı beynəlxalq ekspert həm Avropa tərəfinin, həm də Rusiyanın vasitəçilik rolunu vurğulayır.

“Yeni nəsə gözləmək çətindir, çünki vəziyyət həll olunmaqdan uzaqdır, son bir ildə əldə edilmiş razılaşmaların icrası əsasən layihə vəziyyətində qalır. Bütün bunların nə qədər təhlükəli olduğunu göstərən son sərhəd toqquşmaları da əlavə edin. Beləliklə, məncə, bu vəziyyətdə yeganə problem bir il əvvəl müharibədən sonra kəsilmiş əlaqələri bərpa etməkdir. Bu əlaqələr olmadan irəli getmək mümkün deyil. Ona görə də, avropalılar da və təbii ki, Rusiya da fəaldır. Bu baxımdan, məncə, nəticədən daha çox görüşün faktının özü önəmlidir”, - deyə Fyodor Lukyanov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!