Şok: Qaradərili uşağın sümüyündən dərsdə vəsait kimi istifadə edirlər

saytların hazırlanması

Evə çatdırılma

Şok: Qaradərili uşağın sümüyündən dərsdə vəsait kimi istifadə edirlər

Maraqlı

30 Aprel 2021 15:47 850


ABŞ-da polis tərəfindən öldürülən qaradərili uşağın sümüklərinin Pensilvaniya Universitetindəki antropologiya dərsində istifadə edildiyi aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, hadisə kəskin reaksiya doğurduqdan sonra Pensilvaniya Universitetinin rəsmiləri ölən qızın sümüklərinin ailəsinin razılığı olmadan sinifdə istifadəsinə görə üzr məktubu göndərib.

Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyinin direktoru Kristofer Vuds və departament dekanı Vendell Priçettin açıqlamada, “Penn Muzeyi və Pensilvaniya Universiteti, “MOVE” evindən toplanan insan qalıqlarının tədqiqat və tədris üçün istifadə olunmasına icazə verdiyinə və qalıqları çox uzun müddət saxladığına görə Afrika ailəsindən və cəmiyyətimizin üzvlərindən üzr istəyir”,-ifadələrinə yer verib. Dominos pizza

Qeyd edək ki, ölüm hadisəsi 36 il əvvəl yaşanıb. Belə ki, həmin dövrdə qaradərili uşağın yaşadığı ev ABŞ polisi tərəfindən bombalanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!