Şok ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Bu dəfə İstanbulda...

saytların hazırlanması

Evə çatdırılma

Şok ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Bu dəfə İstanbulda...

Hadisə

13 Fevral 2023 23:21 2293


2020-ci ildə və Kahramanmaraş mərkəzli zəlzələdən üç gün əvvəl proqnoz verən türkiyəli geoloq Naci Görür İstanbul üçün də kritik xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, Görer İstanbulda 7 baldan yuxarı zəlzələ ehtimalının yüzdə 80-ə yüksəldiyinə diqqət çəkib.

"İstanbul zəlzələsi də yaxın gələcəkdə baş verəcək və Kahramanmaraş zəlzələsi kimi olacaq. Hazırlıqlar görülüb, amma kifayət deyil" - geoloq deyib. pizza hut

Geoloq İstanbulun zəlzələyə hazır olmadığını da vurğulayıb:

"İstanbulun zəlzələyə hazır olduğunu soruşursunuzsa, yox, deyil. Ona görə də üzüləcəyik, yenə zərər çəkəcəyik. Əgər İstanbulda zəlzələ olsa, bu Kahramanmaraş bölgəsindəki zəlzələdən mütləq daha çox ziyan vuracaq. Çünki İstanbulda əhali sıxlığı çox yüksək, binalar çoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!