Sökülən parklanma yerinin təşəbbüskarı: “Səhv eləmişəm” - VİDEO

Sökülən parklanma yerinin təşəbbüskarı: “Səhv eləmişəm” - VİDEO

Hadisə

07 İyun 2022 22:32 1868


Xəbər verdiyimiz kimi, bu gün Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi baş verib və qeyri-qanuni parklanma yeri yaradılıb. 

Məsələ mətbuatda işıqlandırıldıqdan sonra ölkə başçısı İlham Əliyev tərəfindən verilən tapşırığa uyğun olaraq dərhal qanunsuz parklanma yeri sökülüb və piyada səkisi əvvəlki vəziyyətə gətirilib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bir müddət əvvəl Baku TV-yə parklanma ilə bağlı verdiyi açıqlamasını təkzib edib. 

O jurnalistlərə açıqlaması zamanı belə bir təşəbbüs irəli sürmədiyini deyib. Jurnalistlərin “Bəs niyə o statusu yazmışdınız?” sualına isə “Ola bilsin, səhv etmişəm” deyə cavab verib.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!