Son 10 gündə 18 min ödənişli iş yeri yaradılıb

saytların hazırlanması

Evə çatdırılma

Son 10 gündə 18 min ödənişli iş yeri yaradılıb

İqtisadiyyat

28 Aprel 2020 11:27 1084


Prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması təmin olunacaq.

Bununla əlaqədar son 10 gündə əlavə olaraq 18 min ödənişli ictimai iş yeri yaradılıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, beləliklə qurumun DOST İş Mərkəzi vasitəsilə ödənişli ictimai işlərə cəlb olunanların sayı 56 mini ötüb. Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.  pizza sifarişi

Qeyd edək ki, ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrə yaradılır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!