Son addım da son döyüş kimi çətindir - Video

saytların hazırlanması

Evə çatdırılma

Son addım da son döyüş kimi çətindir - Video

Siyasət

29 Sentyabr 2023 20:38 911


İldırım sürəti ilə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin yekununda Ermənistan silahlı qüvvələri öz mövcudluğu dayandırdı. Hansı ki bir zamanlar, uzun illər əvvəl bu silahlı qüvvələrə sürreal olaraq “Dağlıq Qarabağın müdafiə ordusu” adı verilmişdi.

Həmçinin ölkəmizin işğal olunmuş ərazisində özünü hakimiyyət elan edən qeyri-qanuni xuntanın “hakimiyyət orqanları” onsuz da mövcud olmayan varlıqlarına de-fakto son qoydular.

Bu barədə “Caliber”in “YouTube” kanalında yeni videosüjet yayımlanıb. pizza hut

Beləliklə, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələri altında erməni silahlı birləşmələri bir sutkadan da az müddət ərzində ağ bayraq qaldırmağa məcbur oldular. Özlərini prezident, nazir, deputat və digər bu kimi psevdo rəhbər və psevdo məmur olaraq adlandıran şəxslər isə illər əvvəl elan edilən qondarma respublikanın hətta virtual şəkildə də mövcudluğunun sonunun çatdığını fakitiki olaraq qəbul etməli oldular.

Daha ətraflı videosüjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!