SON DƏQİQƏ: Ermənilər Kəlbəcəri atəşə tutdu

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Ermənilər Kəlbəcəri atəşə tutdu

Rəsmi

21 İyul 2024 09:54 4131


Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən bildirilib. 

"İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", – hərbi qurumun məlumatında diqqətə çatdırılıb.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!