SON DƏQİQƏ: Ermənilər Şuşanı atəşə tutur

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Ermənilər Şuşanı atəşə tutur

Rəsmi

12 İyul 2023 13:40 16434


İyulun 12-si saat 09:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bundan başqa, saat 10:50-dən 12:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.  pizza

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!