Son dəqiqə: Ermənistan Azərbaycanın qarşısında şərt qoydu

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Ermənistan Azərbaycanın qarşısında şərt qoydu

Siyasət

22 May 2023 14:45 33072


“Ermənistan Azərbaycanın Dağlıq Qarabağın da daxil olduğu 86,6 kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır, lakin Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Xankndi dialoqu vasitəsilə müzakirə edilməlidir”. 

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

“86,6 min kv. km-ə Dağlıq Qarabağ da daxildir. Amma onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ erməniləri və onların hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Xankəndi formatında müzakirə olunmalıdır”, – Paşinyan bildirib. Dördpendirli pizza

Baş nazir hazırkı hökumətin mövqeyinə toxunaraq deyib ki, indiki Ermənistan hökuməti nə deyirsə desin, Ermənistanın bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

“Ermənistan Azərbaycanın 86,6 min.kv. km ərazi bütövlüyünü tanımağa hazırdır. Fikrimizcə, Azərbaycan da Ermənistan Respublikasının 29.800 kv.km ərazisini tanımağa hazırdır. Əgər biz Azərbaycanla bu məsələdə bir-birimizi düzgün başa düşürüksə, onda problemi həll etmək mümkündür”, – Paşinyan bildirib.

Paşinyan ərazi bütövlüyü məsələsində anklavların da buraya daxil edildiyini açıqlayıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!