Sosial şəbəkə böhranı:   Udan və uduzanlar

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkə böhranı: Udan və uduzanlar

Rəqəmsal

04 Oktyabr 2021 22:23 2066


Xəbər verdiyimiz kimi, istifadəçilər “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişdə problemlə üzləşiblər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirib ki, problem lokal deyil, qlobal xarakter daşıyır.

Qeyd olunan sosial platformaların ardınca bəzi ölkələrdə istifadəçilər “Twitter” sosial şəbəkəsinə, “Google” axtarış sisteminə, “Amazon” platformasına, "TikTok" tətbiqinə daxil olmaqda problem yaşayıblar. “Twitter” artıq fəaliyyətini bərpa etdiyini bildirib.

Vəziyyəti izləyən ekspertlər deyir ki, problemin yaranmasına səbəb daxili təxribat, kiber hücum ola bilər. Dördpendirli pizza

“Facebook”, “Instagram” və "Whatsapp"ın 1 saatdan çox işləməməsi onların 160 milyon dollardan çox vəsait itirmələrinə səbəb olub. Gündəlik 2 milyarda yaxın aktiv istifadəçisi olan "Facebook"un səhmlərinin dəyəri günortadan sonrakı hərraclarda 5.5% azalıb.

İstifadəçilər adıçəkilən sosial şəbəkələrdə yaranmış problemdən sonra “Telegram”a üz tutublar. Kütləvi axın fonunda “Telegram”da da zənglər əlçatmaz olub və platformanın sürəti zəifləyib. “Telegram” rəsmi olaraq bildirir ki, hazırda “WhatsApp”dan gələn istifadəçilərə görə serverlərdə yavaşlama yaşanıb.

“Telegram” və “Twitter”də son bir saatda istifadəçi sayı sürətlə artıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!