Sosial şəbəkədə əhali arasında çaşqınlıq yaradacaq məlumatlar yayan şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkədə əhali arasında çaşqınlıq yaradacaq məlumatlar yayan şəxslər saxlanıldı

Hadisə

15 İyul 2020 19:41 1665


Lənkəranda bir qrup şəxs düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə saxta profillər və ani mesajlaşma sistemlərində qruplar yaradaraq həqiqətə uyğun olmayan çağırışlar edib.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, həmin şəxslər tərəfindən Lənkəran şəhəri ərazisində yürüşün keçiriləcəyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb. 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər qısa zamanda müəyyən olunub və onlar saxlanılaraq şöbəyə gətiriliblər. Polis şöbəsində həmin şəxslərlə profilaktik söhbət aparılıb və onlara ciddi xəbərdarlıq edilib. Marqarita pizza

Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəranda guya yürüş keçiriləcəyi ilə bağlı yalan məlumat yayan şəxslərdərən 3-cü yetkinlik yaşına çatmayanlardır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!