Sosial şəbəkələrdə aldanıb narkokuryer oldular

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələrdə aldanıb narkokuryer oldular

Kriminal

04 İyun 2025 15:20 298


Sabunçuda narkokuryerlik fəaliyyəti ilə məşğul olan paytaxt sakinləri saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, əvvəllər məhkum olunmuş 43 yaşlı İlyas Hüseynzadə, 32 yaşlı İlkin Əliyev, 49 yaşlı Fəxrəddin Kazımov, 31 yaşlı Gülağa Cəfərov, 32 yaşlı Nərgiz Quliyeva, 57 yaşlı Şirzad Şirinov və 39 yaşlı Anar Yusifovdur.

Onlardan ümumən 18 kiloqram narkotik vasitə – heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Marqarita pizza

İlkin istintaq zamanı şübhəli şəxslər ifadələrində narkokuryerliyə sosial şəbəkələr vasitəsilə tanış olduqları İran vətəndaşları tərəfindən cəlb edildiklərini və bu fəaliyyətə yüksək məbləğdə pul vədi ilə razı olduqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!