Sosial şəbəkələrdə qadınlara qarşı dələduzluq edən şəxs yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələrdə qadınlara qarşı dələduzluq edən şəxs yaxalandı

Kriminal

18 Yanvar 2023 10:17 790


Sosial şəbəkələrdə haker qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlərlə 1996-cı il təvəllüdlü İsmayıl Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalarla müəyyən edilib ki, o saxta haker səhifələr vasitəsilə "mesajları əldə etmə", "telefon dinləmə" "sosial şəbəkə hesablarının sındırılması", "kiber xidmətlərin təşkili" adı altında 14 fakt üzrə qadınların müxtəlif məbləğlərdə pul vəsaitini talayaraq mənimsəyib. pizza hut

Pul köçürməyən qadınların isə mobil telefon nömrələrini yayaraq əxlaqsız xidmət göstərmələri ilə bağlı paylaşımlar edib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!