Milli Məclisin deputatı Sahib Alıyev sosial şəbəkələrin qanunla tənzimlənməsini təklif edir.
Deputat Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, təkcə onlayn media deyil, həmçinin sosial şəbəkələr də qanunla tənzimlənməlidir.
O qeyd edib ki, ya bununla bağlı ayrıca qanun qəbul olunmalı, ya da mövcud qanunvericiliyə dəyişikliklər edilməlidir: "Xüsusilə bu gün sosial şəbəkələrdə təhqirlər baş alıb gedir”.
Trend
Telegram kanalımız