Soyğunçuluq edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Soyğunçuluq edən şəxs saxlanıldı

Kriminal

18 Mart 2019 14:03 983


Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 14-də Yeni Yasamal ərazisində naməlum şəxsin ona zor tətbiq edərək içərisində müəyyən məbləğ olan pulqabısını aldığını bildirib. Dominos pizza

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş N.Mehdizadə olduğu müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!