"Bu günlərdə Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq".
Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib:
“Bəyanat imzalanandan sonra qısa bir müddət ərzində sülhməramlıları bölgəyə yerləşdirdik. Dünən (noyabrın 20-də - red.) bu proses başa çatdı. Biz Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Xankəndindən köçənlərin geri qayıtmasını və hərəkətin təhlükəsizliyini təmin edirik. Bizim əsas hədəfimiz qan tökülməsinin qarşısının alınmasıdır. Biz bütün məsələləri, o cümlədən hərbi və hərbi-texniki istiqamətdə əməkdaşlıqları müzakirə edəcəyik”, - Şoyqu bildirib. pizza mizza
Telegram kanalımız