Rusiya Federasiyası və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Vaqarşak Arutyunyan ikitərəfli əməkdaşlıq və Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamaya görə, Sergey Şoyqu Ermənistan Respublikasının müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla danışıqlar aparıb. Pepperoni pizza
Söhbət zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, bölgədəki vəziyyəti və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin tapşırıqlarının yerinə yetirildiyi sahələri müzakirə etdilər.
Telegram kanalımız