“Söyüş söyürsə, cavabını verməliyik” - Siyavuş Novruzov

“Söyüş söyürsə, cavabını verməliyik” - Siyavuş Novruzov

Siyasət Veb saytların hazırlanması

01 Fevral 2019 18:22 1015


“Bunlarınkı ancaq söyüşdür. Söyüş söyürsə, biz də onun qarşılıqlı cavabını verməliyik. Bəzən deyirlər ki, bu Siyavuş Novruzovun, Bahar Muradovanın, Ziyafət Əsgərovun işidir. Amma bu 125 deputatın da işidir”.

Bu fikirləri deputat Siyavuş Novruzov parlamentdə bildirib.O qeyd edib ki, kimsə sosial şəbəkədə nəsə paylaşır:

“Başqaları da altında söyüş yazıb çıxıb gedir. Bütün cəmiyyəti də bir-birinə qatırlar. Bunlar mənəvi terror yolunu seçiblər. Bu yolla istəyirlər ki, hansısa yenilik tətbiq etsinlər. Ancaq bu, onların ağlının məhsulu deyil. Onları xaricdən idarə edənlərin ağlının məhsuludur. Bizi ümumi qlobal yolumuzdan döndərmək mümkün deyil. Bəli, onlayn, sosial şəbəkələrlə bağlı məsələ tənzimlənməlidir. Azərbaycanda sosial problemlər həll olunduqca, bunlar tamamilə təşvişə düşürlər. Elə şəhid ailələri ilə bağlı məsələ həll edildi. Bu gün onlar başa düşməlidir ki, Azərbaycanla bu dillə danışmaq mümkün deyil. Mən hesab etmirəm ki, Azərbaycanda kimsə dövlət nümayəndələri xaricdəkilərə xəbər ötürür. Mən kiminsə Azərbaycan dövlətindən xəbər ötürməyinə inanmıram. Bu gün komanda birdir. Hələ biz uzun müddət bir yerdə olub buna qarşı mübarizə aparacağıq”.

Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!